Masallıda arvadını öldürüb intihara cəhd edən şəxs barədə qərar verildi

Bir il öncə həyat yoldaşını öldürüb intihara cəhd edən şəxs haqqında tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yalçın Məmmədov polis nəzarəti altında Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb olunub.

Məhkəmənin qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, hadisə 2023-cü il iyulun 30-da Masallı rayonu Təklə kəndində baş verib. 1979-cu il İlkanə Müseyib qızı Məmmədovanın kəsilmiş deşilmiş xəsarətlər alaraq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Habil oğlu Məmmədovun rayonun Təklə kəndində yerləşən evdə aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qətlə yetirdikdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

0.11714386940002