Sentyabrın 9-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Bank of Azerbaijan", sentyabrın 23-də "Kredo Bank", "Texnika Bank", "Atabank", "AGBank", sentyabrın 30-da isə "NBC Bank", "AGBank" və "Muğan Bank" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Xeber-ps.com xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Məlumata görə, söhbət "Bank of Azerbaijan"a məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mizrə Ələkbər Sabir küçəsi, ev 3 ünvanındakı dəyəri 50 min manat olan 105 kvadratmetrlik qeyri-yaşayış sahəsindən, "Kredo Bank"a məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 64 ünvanındakı dəyəri 95 min manat olan 83,95 kvadratmetrlik mənzildən, "Texnika Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 4 ünvanındakı dəyəri 410 min manat olan 272 kvadratmetrlik mənzildən, "Atabank"a məxsus dəyəri 16 195 manat olan 18 daşınar əmlakdan, "AGBank"a məxsus dəyəri 24 min manat olan 5 daşınar əmlakdan, "NBC Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 81 ünvanındakı dəyəri 2,3 milyon manat olan 281,2 kvadratmetrlik və dəyəri 500 min manat olan 263 kvadratmetrlik qeyri-yaşayış sahələrindən, "AGBank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Seyid Əzim Şirvani küçəsi, 3-cü döngədəki dəyəri 200 min manat olan 312,4 kvadratmetrlik fərdi yaşayış sahəsindən və "Muğan Bank"a məxsus dəyəri 17 616 manat olan 138 daşınar əmlakdan gedir.