"Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatan münasibətlərimizdə iqtisadi əlaqələr mühüm rol oynayır. Azərbaycanın ən çox ixrac etdiyi üçüncü ölkə Türkiyədir. Hədəfimiz Türkiyə və Azərbaycan arasında ticarəti 15 milyard dollara çatdırmaqdır".
Xeber-ps.com xəbər verir ki, bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Türkiyənin Bakıdakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman deyib.
O bildirib ki, Qarabağın yenidən bərpa edilməsi istiqamətində Türkiyə və Azərbaycan şirkətləri birgə fəaliyyət göstərir:
"İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Türkiyə şirkətləri tərəfindən iki milyard dollara yaxın iş görülüb".
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev