Paris-2024: Paraüzgüçümüz Vəli İsrafilov mübarizəyə start verəcək

Paraüzgüçümüz Vəli İsrafilov bu gün Paris paralimpiadasında mübarizəyə qoşulacaq.

Xeber-ps.com xəbər verir ki, 21 yaşlı idmançımız üzgüçülüyün brass üsulu ilə 100 m məsafəyə yarışda iştirak edəcək.

Xatırladaq ki, Vəli İsrafilov bu növdə ötən paralimpiya oyunlarının qızıl medalçısı, həmçinin ikiqat dünya çempionudur.

Qeyd edək ki, təsnifat mərhələsinin görüşlərinə Bakı vaxtı ilə saat 12:55-də start veriləcək.

0.067137956619263