"Qalatasaray" rəsmiləri azarkeşlərinin narazılığına səbəb olacaq addım atıblar

Türkiyə nəhəngi "Qalatasaray" klubu Viktor Osimhenin forma nömrəsini dəyişdirdiyi üçün azarkeşlərin tənqidinə məruz qalıb.

Xeber-ps.com xəbər verir ki, Viktor Osimhenin forması 45 nömrə ilə satışa çıxarılsa da, daha sonra nigeriyalı hücumçuya 99 nömrəli forma təqdim olunub.

Viktor Osimhenin 45 nömrəli formasına 6 min Türkiyə Lirəsi verən azarkeşlər isə 45 nömrəli formanı 99 nömrə ilə əvəz etmələrini istəyiblər.

Qeyd edək ki, "Qalatasaray" rəsmiləri məsələ ilə bağlı hələ də açıqlama verməyiblər.

0.0833899974823