Sosial şəbəkələrdə gənclərin hərəkətdə olan avtomobilin üzərində içki məclisi təşkil etdiklərinin görüntüləri yayılmışdı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə sürücü ilə yanaşı ictimai qaydanın pozulmasına yol verən sərnişinlər də müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Həmin görüntüləri təqdim edirik: