FIFA klublararası dünya çempionatının yeni loqosunu təqdim edib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının yeni loqosunu təqdim edib.

Xeber-ps.com xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, ABŞ-nin ev sahibliyi edəcəyi turnirdə 6 qitədən qatılacaq klublar iştirak edəcəklər.

Qeyd edək ki, iyunun 15-dən iyulun 13-dək keçiriləcək turnirdə 32 komanda qalib adı uğrunda mübarizə aparacaq.

0.073103904724121