Havada tozun miqdarı azalıb

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə azalma müşahidə olunur.

Xeber-ps.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur. Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir".

Xatırladaq ki, dünən havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.

0.18426012992859