Paris-2024: Bu gün daha beş idmançımız qızıl medal uğrunda mübariz aparacaq

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün beş idmançımız qızıl medal uğrunda mübarizəyə qatılacaq.

Xeber-ps.com xəbər verir ki, öncə paraüzgüçümüz Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə sərbəst üsulla üzməkdə uğur qazanmağa çalışacaq.

Bu kateqoriyanın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final yarışları isə 19:30-da keçiriləcək.

Paraatıcılarımız Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayacaqlar. Bu yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final isə 14:15-də baş tutacaq.

Parapauerliftinqçimiz Ceyhun Mahmudov (54 kq) Bakı vaxtı ilə saat 20:35-dən etibarən mübarizəyə qoşulacaq.

Paraatletimiz Rüfət Rəfiyev isə (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 21:08-də başlayacaq.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 8-də yekunlaşacaq.

0.064811944961548