"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən FCSB (Rumıniya) heyətini yeni futbolçu ilə gücləndirib.
Xeber-ps.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Buxarest təmsilçisi müdafiəçi Mihay Popesku ilə anlaşıb.
31 yaşlı rumıniyalı oyunçu son olaraq ölkəsinin "Farul" kollektivində çıxış edib.
Qeyd edək ki, "Qarabağ" - FCSB görüşü 2025-ci il yanvarın 23-də Bakıda keçiriləcək.