Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, xəstəxananın direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub.
Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
O, 2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.