"1974-ci ilin 22 dekabrnda qəmərliləri referendum səsverməsinə çağırırdılar ki, onlar müstəqil olmaq istəyir, ya yox? Xalqın 74 faizi müstəqilliyə səs verdi. Bu nəticələrə uyğun olaraq yerli ərazi idarəetmə assambleyası Qəmər xalqının müstəqilliyini bəyan etdi".
Xeber-ps.com xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunan beynəlxalq konfransda Qəmər Adaları İttifaqının BMT-dəki keçmiş səfiri Mohamed Tohiri deyib.
Onun sözlərinə görə, qəmərlilər müstəqilliyini elan edəndən sonra Fransanın müstəmləkə siyasəti ilə üzləşiblər:
"Fransa bizə qarşı aqressiya duysa da, 2010-cu ildən etibarən assimilyasiyaya məruz qalsaq da, müstəqillik yolundan imtina etməmişik. Qəmər xalqının səsi hələ də beynəlxalq səviyyədə eşidilir. Beynəlxalq cinayət məhkəməsində Fransaya qarşı cinayət işi başlansın və Qəmər xalqının mübarizəsinə sona qədər beynəlxalq səviyyədə dəstək verilsin".
Mərahim Nəsib