Türkiyə klubu Viktor Osimhenə təklif göndərib

Türkiyə nəhəngi "Qalatasaray" "Napoli"nin nigeriyalı hücumçusu Viktor Osimhen üçün təklif göndərib.

Xeber-ps.com "Haber Global"a istinadla xəbər verir ki, "Napoli" rəsmiləri Viktor Osimheni yeni mövsümdə komandanın əsas heyətində görmədikləri üçün "Qalatasaray"a keçidinə icazə verəcəklər.

Hazırda tərəflər arasında müqavilənin şərtləri müzakirə olunur.

Qeyd edək ki, 100 milyon avro transfer dəyəri olan Viktor Osimhen ötən mövsüm "Napoli" forması ilə çıxdığı 32 görüşdə 17 qol vurub, dörd məhsuldar ötürmə ilə yadda qalıb.

0.060311079025269