PSJ-nin keçmiş futbolçusu 39 yaşında vəfat etdi

Fil Dişi Sahili milli futbol komandasının sabiq müdafiəçisi Sülyman Bamba 39 yaşında vəfat edib.

Xeber-ps.com Anadolu-ya istinadən xəbər verir ki, bu barədə onun texniki direktor vəzifəsində çalışdığı Türkiyənin "Adanaspor" klubunun mətbuat xidməti məlumat yayıb.

Bamba avqustun 30-da baş tutan Türkiyə çempionatının (birinci liqa) "Manisa" ilə oyunundan (0:0) əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Bamba karyerası ərzində Fransanın PSJ, İtaliyanın "Palermo", Türkiyənin "Trabzonspor", İngiltərənin "Lester" və "Lids" komandalarında da çıxış edib. O, Fil dişi millisində 44 oyun keçirib və 1 qol vurub. Bamba 2012-ci ildə milli komanda ilə birlikdə Afrika Millətlər Kubokunun gümüş mükafatçısı olub.

0.11568999290466