"Liverpul"un misirli ulduz futbolçusu Məhəmməd Salah mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyini açıqlayıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Məhəmməd Salah şəxsi sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bu, komandadakı son mövsümümdür. Artıq yeni bir komandada çıxış etmək istəyirəm", - deyə o bildirib.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul" klubunun şərəfini qoruyur.
Anar Həsənov