Sədr: "6 saylı məntəqədə seçicilər aktivdirlər"

Bu gün səhər saat 08:00-dan etibarən 35 saylı Xətai rayon seçki dairəsinin 56 saylı tam orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində seçicilərin fəallığı müşahidə olunur.

Məntəqə sədri Vəfa Qafurzadə Xeber-ps.com-a bildirib ki, məntəqədə 1323 seçici var:

"Həmçinin, məntəqədə 2 daşınmaz qutu var, daşınar qutu isə yoxdur. Seçki prosesinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, məntəqədə seçicilərin fəallığı müşahidə olunur".

Anar Həsənov

0.077111959457397