"Atletiko" üç xalı əlavə edilən dəqiqələrdə qazandı

İspaniya La Liqasında dördüncü turun oyunları davam edir.

Xeber-ps.com xəbər verir ki, Bilbao "Atletik"i doğma meydanda Madrid "Atletiko"sunu qəbul edib.

Matçın taleyini 90+2 ci dəqiqə vurulmuş yeganə qol həll edib.

Paytaxt komandasından Anhel Korrea fərqlənərək "Atletiko"ya üç xalı qazandırıb.

Hazırda klub səkkiz xal yığaraq lider "Barselona"nı izləyir. Bilbao klubu isə dörd xalla 10-cudur.

0.065487146377563