Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu Vinisius Juniora beşillik müqavilə üçün 1 milyard avro təklifdən əlavə, karyerasını başa vurduqdan sonra ölkənin istənilən qurumunda vəzifədə işləmək fürsəti təklif edib.
Xeber-ps.com xəbər verir ki, bundan əlavə, "Əl-Hilal" Vinisiusun oynadığı "Real Madrid"ə də 1 milyard avro verəcəyini bildirib.
Həmçinin, Vinisiusa 2029-cu ildə növbəti klubunu seçmək azadlığı, 2034-cü il dünya çempionatı və Səudiyyə Ərəbistanı çempionatının səfiri rolu təklif olunub.
Qeyd edək ki, braziliyalı ulduz futbolçu daha öncəki açıqlamasında "Qızıl Top" mükafatını almadan Avropa futbolunu tərk etmək istəmədiyini bildirmişdi.