İtaliya A Seriyası: "İnter" "Atalanta"nı darmadağın etdi

İtaliya A Seriyasında 3-cü turun "İnter" "Atalanta" qarşılaşması başa çatıb.

Xeber-ps.com xəbər verir ki, komandalar Milanda (İtaliya) "San Siro" stadionunda qarşılaşıblar. Matçı Matteo Markettinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "İnter" 4:0 hesabı ilə qalib gəlib.

Dördüncü dəqiqədə "Atalanta"nın müdafiəçisi Berat Cimsiti topu öz qapısına göndərib. 6 dəqiqə sonra "İnter"in yarımmüdafiəçisi Nikolo Barella fərqlənib. İkinci hissədə meydan sahiblərinin hücumçusu Markus Türam dubla imza atıb.

"İnter" 2024/2025 mövsümü üçün A Seriyasının turnir cədvəlində birinci yeri tutur. Komanda üç görüşdən 7 xal toplayıb. "Atalanta" 3 xalla 11-ci yerdədir.

0.062426090240479