Göygöldə ölümlə nəticələnən zəhərlənmə hadisəsində adı keçən preparat barədə RƏSMİ MƏLUMAT

"Niastol" adlı məhsul Dərman Vasitələrinin Dövlət Reyestrində qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib".

Xeber-ps.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı nəvəsi dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri, 2014-cü il təvəllüdlü A.Orucovanın həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin məlumata görə, onlar "Niastol" adlı preparatdan zəhərləniblər.

0.10049295425415