İtaliyada "Formula-1" təhlükəsizlik avtomobili qəzaya uğrayıb

İtaliyanın Monza şəhərində "Formula-1" həftəsonu öncəsi avtodromun yoxlanışı zamanı təhlükəsizlik maşını (Safety Car) qəzaya uğrayıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Təhlükəsizlik maşınının sürücüsü alman Bernd Mayländer idarəetməni itirərək trasdan çıxıb və sol tərəfindəki maneəyə çırpılıb.

Qəza Monza dövrəsinin son döngəsi olan "Parabolika"da baş verib. Qəzanın təhlükəsizlik maşınının texniki nasazlığı nəticəsində baş verib-vermədiyi hələlik məlum deyil.

0.095814943313599