"Gənclik Mall"da SAXLANILAN VAR

Dünən "Gənclik Mall" Ticarət Mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, oğurluğu törədən C.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

C.B. "Gənclik Mall"dakı "New Yorker" mağazasından qiyməti 120 manat olan bir ədəd papağı oğurlayıb.

O, məhkəmədə hadisəni törətdiyini etiraf edib və əməlindən səmimi peşman olduğunu bildirib. Həmçinin, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

Məhkəmə onun peşmanlığını nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 160 saat ictimai işlər növündə tənbeh tətbiq edib. C.B. iclas zalından azad olunub.

0.082792997360229