Rusiya Azərbaycanın BRICS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir

"Rusiya Azərbaycanın BRICS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir".

Xeber-ps.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Rusiyanın Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciətindən çox məmnun olduğunu qeyd edib.

"Biz Azərbaycanın BRICS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyirik. Azərbaycan güclü namizəddir. Azərbaycanın üzvlüyü təşkilata əlavə dinamika və nadir təcrübə gətirəcək. BRICS-in məqsədi şantaj və təzyiqi rədd etmək, beynəlxalq hüquq və normalara hörmət etməkdir. Bu, Azərbaycanın həyata keçirdiyi siyasətlə tam uyğundur. Bizim Azərbaycanla çox gözəl münasibətlərimiz var. Düşünürəm ki, BRICS-ə doğru irəliləmək və BRICS-lə yaxınlaşmaq davam edəcək. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, BRICS-də bütün qərarlar konsensusla qəbul olunur. Sədrlikdən çox şey asılıdır, amma hər şey asılı deyil. Biz indi tərəfdaş dövlətlər kateqoriyası üzərində işləyirik. Biz Kazan sammitinə qədər tərəfdaş dövlətlərin siyahısı üzərində işləyirik. Bu siyahının hazırlanması tapşırığı təşkilatın ötən il Yohanesburqda keçirilən sammitində verilib. Yəni ki, müxtəlif imkanlar və alqoritmlər mövcuddur. Lakin bir daha deyirəm ki, biz Azərbaycanın BRICS-ə qoşulması ilə bağlı müraciətini dəstəkləyirik", - Rusiya XİN başçısının müavini yekunlaşdırıb.

0.083932876586914