Renat Dadaşov "İstanbulspor"la görüşdə əsas heyətdə çıxış edəcək

Azərbaycan millisinin və "Ankaragücü"nün hücumçusu Renat Dadaşov "İstanbulspor"la keçiriləcək görüşdə komandanın əsas heyətinə daxil edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli hücumçunun zədəli olduğu üçün "İstanbulspor"la görüşdə meydana çıxmayacağı deyilsə də, Renat Dadaşov əsas heyətə daxil edilib.

Qeyd edək ki, "Ankaragücü" - "İstanbulspor" görüşü sentyabrın 1-də Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

0.063455820083618