Bakının mərkəzində, Ziya Bünyadov prospekti, 3-cü mikrorayon dairəsi istiqamətində olan köməkçi yolun hərəkət hissəsində mövcud olan çuxur həm sürücülərin həyatı üçün təhlükə yaradır, həm də avtomobillərə ciddi ziyan dəyir.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Vəziyyətdən narahat olan sürücü bildirib ki, həmin yerdən saatda 10 km/saatla keçsən belə, avtomobilin alt hissəsi yerə dəyir, avtomobillər sıradan çıxır.
Yola nabələd sürücünün o çökəkdən gəldiyi sürətlə keçməsi isə faciəyə səbəb ola bilər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Xeber-ps.com-a açıqlamasında bildirib ki, qurum vəziyyətdən xəbərdardır.
"Sözügedən ünvana əməkdaşlarımız baxış keçirəcəklər və problem həll olunacaq", - deyə A.Nəcəfli deyib.
Əzizə İsmayılova