Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq

Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Xeber-ps.com bu barədə championat.com-a istinadən xəbər verir.

Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək. Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdü, indi Çempionlar Liqasında 36 komanda İsveçrə sistemi ilə mübarizə aparacaq.

Komandalar yeni qrup mərhələsində səkkiz oyun keçirəcək. 2024/2025 mövsümü üçün UEFA Çempionlar Liqasının finalı 31 may 2025-ci ildə Münhendəki "Allianz Arena"da keçiriləcək.

0.065403938293457