Dördqat NBA çempionu Lebron Ceyms, oğlu Bronniyə məşqlər və matçlar zamanı ona "ata" deməyi qadağan edib.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı "TMZ" Ceymsdən sitat gətirib.
39 yaşlı Lebron və 19 yaşlı Bronni gələn mövsüm "Los Anceles Leykers"də birlikdə oynayacaqlar.
"O, iş yerində mənə "ata" deyə bilməz. Bronni "Ata, mən açığam", - deyə qışqıra bilməz. Stadionu tərk etdikdən sonra yenidən "ata" ola bilərəm", - Lebron bildirib.
Qeyd edək ki, 2018-ci ildən "Leykers"də çıxış edən Lebron Ceyms tarixin ən yaxşı basketbolçularından biri hesab olunur.