UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo Zaqreb"ə qarşı - Start heyətlər açıqlandı

Komandaların start heyətləri açıqlanıb:

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

"Dinamo": 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine

Baş məşqçi: Sergey Yakiroviç

08:00

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində son cavab görüşləri keçiriləcək. Təmsilçimiz "Qarabağ" doğma meydanda "Dinamo Zaqreb"i qəbul edəcək.

Xeber-ps.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Böyük maraqla gözlənilən qarşılaşmanı Maykl Oliverin başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" "Dinamo Zaqreb"lə səfər matçında 0:3 hesabı ilə məğlub olub.

28 avqust

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

"Qarabağ" - "Dinamo Zaqreb"

Saat 20:45, Tofiq Bəhramov adına Respublika stadionu

0.077248096466064