Atasına pul qazanması üçün kömək etmək istəyən səkkiz yaşlı Əbülfəz göz qırpımında alışıb-yandı

Kürdəmirdə səkkiz yaşlı uşaq atasına kömək edərkən yanıb.

Bu barədə Xeber-ps.com-a onun anası Şəbinə İbrahimova məlumat verib.

Bildirilib ki, hadisə bu il mayın 19-da Qocalı kəndində baş verib:

"Səkkiz yaşlı övladım Əbülfəz İbrahimli atasına pul qazanması üçün kömək edərkən ağır yanıq xəsarətləri alıb.

Belə ki, o, içində benzin olan qabı atasına uzadıb və mayenin üzərinə dağıldığını hiss etməyib. Atası samanla işi bitdikdən sonra kibritdən istifadə edib. Bu zaman Əbülfəzin paltarı alışıb.

Bakıda xəstəxanaların birində müalicə aldıq. Oğlumun vəziyyəti çox ağırdır. Tanınmaz hala düşüb. Atası hadisə zamanı özünü itirib deyə, onun alışan paltarını söndürə bilməyib. İmkanlı şəxslərin dəstəyi ilə özəl klinikaların birində Əbülfəz müayinədən keçib. Övladım yanğından sonra qolunu aça bilmir. Əməliyyatla açılmalıdır. Cərrahi müdaxilə isə 1800 manata başa gələcək. Onun 900 manatını toplaya bilmişik. Xalqıma yalvarıram, bu çətin günlərdə bizi tək qoymasınlar".

0.099323034286499