Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsun avtomobilinin tədbir üçün akkreditasiya kartı oğurlanıb.
Xeber-ps.com xəbər verir ki, oğurluq avqustun 21-dən 22-nə keçən gecə törədilsə də, hadisənin üstü ayın 23-də açılıb. Avtomobilin qapısı açıq qalıb, akkreditasiya kartı oğurlanıb və başqası ilə əvəzlənib.
Hadisədən sonra "Paris 2024" avtomobillərinə məsul şəxs polis bölməsinə şikayət edib.
Bu vəsiqə bütün Paralimpiya obyektlərinə girişə və təhlükəsizlik yoxlamalarından keçməyə imkan verir. Kart Oyunlar zamanı cəmi 20 nəfərə paylanılıb.
Qeyd edək ki, "Paris-2024" Yay Paralimpiya Oyunlarının açılış mərasimi bu gün keçiriləcək.