Bəhram Bağırzadə: "Sentyabrın 1-də keçiriləcək seçkidə ailə üzvlərimlə birlikdə iştirak edəcəyəm"

"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi ölkəmiz üçün əlamətdar və önəmlidir. Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq parlament seçkisi ölkəmizin bütün ərazilərində, suveren hüquqlarımızın bərpa olunduğu torpaqlarda da keçiriləcək. Çox böyük sevinc və qürur hissi yaşayıram".

Bu fikirləri "Seçki-2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə bildirib.

Bəhram Bağırzadə qeyd edib ki, indiyədək keçirilən bütün seçkilərdə aktiv iştirak edib, budəfəki parlament seçkisi də istisna olmayacaq:

"Mən qanunlara hörmət edən və tabe olan nümunəvi vətəndaşam. Demokratik cəmiyyətin üzvüyəm. Dövlətimiz və xalqımız üçün önəmli olan gündə mən də hamını həmrəy olaraq seçkidə iştiraka səsləyirəm. Özüm də mütləq ailə üzvlərimlə birlikdə seçkiyə gedəcəyəm. Kimə səs verəcəyimi artıq dəqiqləşdirmişəm".

0.063066005706787