UEFA Kriştianu Ronalduya xüsusi mükafat verəcək

UEFA Kriştianu Ronalduya mükafat təqdim edəcək.

Xeber-ps.com xəbər verir ki, Avropa futbol qurumu portuqaliyalı ulduza Çempionlar Liqasında bütün zamanların bombardiri özəl mükafatını verəcək.

Aleksander Çeferin avqustun 29-da keçiriləcək yeni formatlı turnirin püşkatmasından əvvəl Ronaldunu dünyanın ən prestijli idman yarışındakı möhtəşəm irsinə görə mükafatlandıracaq.

Qeyd edək ki, Kriştianu Çempionlar Liqasında 183 oyuna 140 qol vurub. O, Lionel Messini 11 top, Robert Levandovskini isə 46 top qabaqlayır.

0.065444946289062