İspaniya çempionatı: "Barselona" "Rayo Valyekano" üzərində inamlı qələbə qazandı

"Barselona" İspaniya çempionatının üçüncü turunun matçında səfərdə "Rayo Valyekano"ya qalib gəlib - 2:1.

Xeber-ps.com xəbər verir ki, meydan sahibləri 9-cu dəqiqədə Xorxe de Frutosa kömək edən Unai Lopesin qolu sayəsində hesabda önə keçib. Fasiləyə qədər Hans-Diter Flikin rəhbərlik etdiyi komanda irəli keçə bilməyib.

60-cı dəqiqədə "Barselona" tabloda bərabərliyi bərpa edib - Pedri fərqlənib. 71-ci dəqiqədə Robert Levandovski qonaqların 2-ci qolunu vursa da, VAR yoxlamasından sonra qol ləğv edilib.

Bununla belə Flikin komandası məqsədinə çatıb. Barselonaya üç xalı yayda yeni gələn Dani Olmonun qolu gətirib.

Qeyd edək ki, "Rayo Valyekano"nun heyətində komandanın yeni ulduzu Xames Rodriqes yer almayıb.

"Barselona" La Liqada 2024/25 mövsümünün əvvəlində hər üç matçda qalib gələn yeganə komandadır. "Rayo Valyekano"nun 4 xalı var.

Növbəti turda avqustun 31-də "Barselona" "Valyadolid"I qəbul edəcək, "Rayo Valyekano" isə səfərdə "Espanyol"la qarşılaşacaq.

0.067893028259277