Türkiyə və Azərbaycan XİN rəhbərləri Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini müzakirə ediblər.
Xeber-ps.com "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə bundan sonra da bölgədə sülhün bərqərar olması üçün birgə addımlar atacaq.