Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyev seçicilərlə görüşüb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Ülvi Quliyev rəsmi "Facebook" səhifəsində paylaşım edib.
Namizəd bildirib ki, seçicilərlə növbəti görüş səmimi və kifayət qədər açıq dialoq şəraitində keçdi:
"Tədbirdə iştirak edən şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə, bütün iştirakçılara və dostlara təşəkkür edirəm".