Zaqatalada baş verən cinayət hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, 78 yaşlı Tariyel Əhmədov Zaqatalada tanınmış həkim olub. O, bir neçə il əvvəl təqaüdə çıxıb.
Həyat yoldaşı vəfat etdikdən sonra T.Əhmədov qudasıgildə yaşayırmış. Hadisə də rayonun Aşağı Tala kəndindəki qudasının evində baş verib.
Məlumata görə, T.Əhmədovla hadisəni törədən Həsən Davudov arasında pul məsələsinə görə məhkəmə çəkişməsi gedirmiş.
Samir İsayev
Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə intihar edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat yayıb.
Bildirilib ki, avqustun 27-də saat 9 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.