General Cavad Qasımov vəzifəsindən AZAD EDİLDİ

Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişikliyi edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Mustafa oğlu Qasımov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.

0.088073015213013