Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkidə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərov Tovuz rayonun Aşağı Quşçu kəndində şəhid ailələrini ziyarət edib.
Namizəd şəhid ailələrini ziyarət edib, qayğı və problemləri ilə maraqlanaraq, onların suallarını cavablandırıb. Nizami Səfərov Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə olan diqqət və qayğısından danışaraq, onların problemlərinin həll olunması dövlətin prioritet məsələlərdən biri olduğunu bildirib. Azərbaycan xalqı, dövləti var olduqca onun ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən, oğullarımız da daima xalqın qəlbində əbədi yaşayacağını, onların əziz xatirəsi isə heç vaxt unudulmayacağını qeyd edib.
Şəhid ailələri dövlət tərəfindən onlara daim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevaya sonsuz sevgi və hörmətlərini ifadə ediblər.
Daha sonra seçicilər 1 sentyabrda keçirilən seçkidə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.