"Yuventus"un sabiq futbolçusu Avstraliya klubuna keçib

"Yuventus" və "Bavariya"nın sabiq futbolçusu Duqlas Kosta Avstraliyanın "Sidney" klubuna keçib.

Xeber-ps.com xəbər verir ki, 33 yaşlı vinger Avstraliya təmsilçisinə azad agent kimi transfer olunub.

Son mövsümü Braziliyanın "Fluminense" klubunda keçirən hücumçu 15 oyunda meydana çıxıb.

Qeyd edək ki, Duqlas Kosta 2014-18-ci illərdə formasını geyindiyi Braziliya millisində meydana çıxdığı 31 oyunda üç qol vurub.

0.073917150497437