"Bavariya" Almaniya Bundesliqasında yeni rekorda imza atıb

"Bavariya" klubu Almaniya Bundesliqasının açılış matçında qalib gələrək ardıcıl 13-cü dəfə mövsümə məğlubiyyətsiz başlayıb.

Xeber-ps.com xəbər verir ki, bu, "Volfsburq" üzərində 3:2 hesablı qələbədən sonra reallaşıb. "Bavariya" bu müddətdə çempionatın ilk turunda 11 qələbə qazanıb və 2 heç-heçə edib.

Qeyd edək ki, "Bavariya" ötən mövsüm Bundesliqada 3-cü yeri tutub.

0.071171045303345