Azərbaycan Respublikasının Təhsil İnstitutunda yeni təyinatlar olub.
Bu barədə Xeber-ps.com-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, Ümumi Şöbənin müdiri Kənan Kərimli direktor müavini, Layihələrin Təşkili və İdarəedilməsi Şöbəsinin müdiri İbrahim Baxışlı isə Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə direktor təyin olunub.
Kənan Kərimli 2012-17-ci illərdə "Azərinşaatsevris" MMC, "Azercon" ASC, "ADY Ekspress" MMC və "Astaraçay" MMC kimi şirkətlərdə şöbə müdiri vəzifəsində çalışıb, 2017-ci ildən yeni vəzifəyə təyin edilənədək Azərbaycan Respublikasının Təhsil İnstitutunda İnformasiya Şöbəsinin, daha sonra isə Ümumi Şöbənin müdiri vəzifələrini icra edib.
2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
İbrahim Baxışlı 2010-15-ci illərdə Bakı Mühəndislik Universitetinin maliyyə ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2017-19-cu illərdə ABŞ-nin Lindenvud Universitetində MBA proqramında təhsil alıb.
2016-17-ci illərdə "Capital Motors" MMC-də maliyyə mütəxəssisi, 2019-cu ildə "Nəzarət Ölçü Cihazları və Avtomatika" MMC-də analitik, 2020-21-ci illərdə "Azgranata" MMC-də Proqnozlaşdırma və Təhlil Şöbəsinin müdiri, 2021-24-cü illərdə Elm və Təhsil Nazirliyində böyük elmi işçi vəzifələrində çalışıb.