Belarus prezidenti Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı yubileyi münasibətilə təbrik edib.

Bu barədə Xeber-ps.com president.gov.by-a istinadən xəbər verir.

"Tərəfinizdən həyata keçirilən çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət həmişə insanların rifahına yönəlib. Peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyati enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda layiqincə tanınmağınıza və nüfuz qazanmağınıza zəmin yaradıb. Mən Minsk və Bakı arasında yüksək dərəcədə qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik olan tərəfdaşlığın əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm", - deyə Aleksandr Lukaşenko vurğulayıb.

Lukaşenko əmin olduğunu bildirib ki, Belarus-Azərbaycan münasibətlərinin bütün kompleksinin qurulması üzrə genişmiqyaslı planların həyata keçirilməsi qardaş xalqların maraqlarına tam cavab verir.

"Sizə, hörmətli Mehriban xanım və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və işinizdə gələcək uğurlar arzulayıram, ailədə sevinc, sevgi və harmoniya əbədi hökm sürsün", - təbrikdə deyilir.

0.098786115646362