Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 26-da arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26 dərəcə, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.