Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirir.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir və məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.
"Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizliyi və sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibil və tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır və inzibati məsuliyyət yaradır", - nazirlikdən bildirilib.