Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb

Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi dörd kiloqram olan çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0.082688093185425