Zelenski azərbaycanlı idmançını mükafatlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının qalibləri və medalçılarını, eləcə də onların məşqçilərini dövlət mükafatları ilə təltif edib.

Xeber-ps.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu, ölkənin Müstəqillik Gününün 33-cü ildönümündə keçirilən olimpiyaçılarla görüş zamanı baş verib.

Mükafatçıların siyahısına azərbaycanlı Pərviz Nəsibov da daxil olub.

Güləşçi 2-ci dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edilib.

Xatırladaq ki, Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb.

0.088902950286865