Məşhurlarımızın "Qarabağ" - "Dinamo Zaqreb" görüşü ilə bağlı təxminləri

Məşhurlarımızdan UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb"lə qarşılaşacaq təmsilçimiz "Qarabağ"ın oyunu ilə bağlı təxminlərini soruşduq.

Xeber-ps.com-a açıqlama verən məşhurlarımızın təxminlərini təqdim edirik.

Azərbaycan Respublikasının Xalq artisti Bilal Əliyev: "Qarabağın görüşlərini çox böyük həvəslə izləyirəm. Düşünürəm ki, Bakıda keçiriləcək görüş 3:1 hesabı ilə başa çatacaq".

Aktyor İslam Mehrəliyev: "Qarabağ" elə bir komandadır ki, artıq ondan hər an sürpriz gözləmək mümkündür. Səfərdə 0:3 hesabı ilə məğlub olubsa, burada 4:0 qazana bilər. Hətta bu "Qarabağ" "Real Madrid"lə belə qarşılaşsa, uğurlu nəticə verə biləcək gücə malikdir".

Aktyor Ülvi Həsənli: "Qarabağ" - "Dinamo Zaqreb" görüşünün nəticəsi, məncə, ya 2:1 hesablı qələbə, ya da 2:2 hesablı heç-heçədir".

Şoumen Səməndər Rzayev: "İlk oyunda 0:3 hesabını düzgün təxmin etmişdim. Burada keçiriləcək görüş, məncə, 1:1 hesablı heç-heçə ilə bitər. Hətta 1:2 hesablı məğlubiyyət də ola bilər".

0.067771911621094