Juan Kanselu Səudiyyə Ərəbistanı klubuna keçir

"Mançester Siti"nin müdafiəçisi Juan Kanselu karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək

Xeber-ps.com xəbər verir ki, portuqaliyalı futbolçu tezliklə "Əl-Hilal"ın formasını geyinəcək.

Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi futbolçunun transferi ilə bağlı "şəhərlilər"lə razılığa gəlib. Transfer məbləği təxminən 40 milyon avro olacaq. Kanselu üçillik müqavilə imzalayacaq və ildə 70 milyon avro qazanacaq.

30 yaşlı futbolçu ötən mövsüm "Barselona"da icarə əsasında çıxış edib. O, iştirak etdiyi 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

0.067791938781738