Azərbaycan Premyer Liqası: IV turun açılış oyununda "Kəpəz" "Səbail"ə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında IV tura "Səbail" "Kəpəz" görüşü ilə start veriləcək.

Xeber-ps.com xəbər verir ki, ilk oyun günündə "Səbail" ilə "Kəpəz" qarşılaşacaq.

Turun növbəti görüşlərində isə "Qarabağ" "Turan Tovuz"la, "Araz-Naxçıvan" "Neftçi" ilə avqustun 24-də üz-üzə gələcək. Turun son görüşlərində isə "Sabah" "Sumqayıt"la, "Zirə" isə "Şamaxı" ilə avqustun 25-də qarşılaşacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 7 xalla "Turan Tovuz" başçılıq edir. Hərəyə 6 xalı olan "Qarabağ"la "Zirə" isə 2-3-cü yeri bölüşürlər. Sonuncu yerdəki "Kəpəz"in isə xalı yoxdur.

23 avqust

Azərbaycan Premyer Liqası

IV tur

Saat 19:00, "Səbail" -"Kəpəz"

24 avqust

Saat 18:15, "Qarabağ" - "Turan Tovuz"

Saat 20:30, "Araz-Naxçıvan" - "Neftçi"

25 avqust

Saat 18:15, "Sabah" - "Sumqayıt"

Saat 20:30, "Zirə" - "Şamaxı"

0.064774036407471