"Zirə"nin böyükhesablı məğlubiyyəti Azərbaycanın UEFA əmsallar cədvəlindəki yerinə necə təsir edib?

Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA əmsallar cədvəlindəki mövqeyi dəyişməyib.

Xeber-ps.com xəbər verir ki, bu, avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarından sonra məlum olub.

26-cı sırada yer alan ölkənin əmsalı 18.875-ə bərabərdir. Cari mövsümün qazancı 2.125-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.000 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" 0.125 xal əldə edib.

Bu həftə "Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo Zaqreb" kollektivinə uduzub - 0:3. "Zirə" isə UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya məğlub olub - 0:6.

25-ci pillədəki Kiprin 19.225 xalı, 27-ci yerdəki Bolqarıstanın 18.625 xalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.

0.068269968032837